9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Dinamo”nun baş məşqçisi: “Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu”

“Dinamo” Zaqrebin baş məşqçisi İqor Bişçan “İstra 1961”lə oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi Xorvatiya liqasının 2-ci turunda 3:0 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisinin hücumçusu Mahir Emreli oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib.

Matçdan sonra açıqlama verən İqor Bişçan M.Emrelinin bu qələbədə vacib rol oynadığını söyləyib. Onun dediyinə görə, start heyətdə bir neçə yeni oyunçu olub:

“Ona görə də mənə də necə çıxış edəcəyimiz maraqlı idi. Hər şey fenomenal oldu. Onlar hamısı yaxşı oyun nümayiş etdirdi. Yenidən komandaya qayıdan Takuro Kaneko, Maksim Bernauer, həmçinin Boqdan Mixayliçenko... Uzun fasilədən sonra əsas heyətdə yer alan və xeyli meydanda olan Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu. Biz həqiqətən bu görüşdə xeyli pozitiv məqam və keyfiyyət gördük”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31