9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Yurqorden”in kapitanı: “Musa burada öz qollarını vuracaq”

“Musa Qurbanlı cərimə meydanında fəaldır, burada öz qollarını vuracaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun futbolçusu Maqnus Erikson yerli mətbuata açıqlamasında komanda yoldaşı Musa Qurbanlı barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə 1:2 hesabı ilə məğlub olduqları görüşdə azərbaycanlı hücumçunun qaçırdığı real qol imkanına münasibət bildirib. Kapitan gənc forvarda güvəndiklərini söyləyib: “Musa bu oyunda çox yaxşı təsir bağışladı. Düzdür, “Lütsern”lə qarşılaşmada qola ehtiyacımız var idi. Ancaq Musa komandaya uyğunlaşdıqca daha faydalı olacaq”.

Qeyd edək ki, Stokholmdakı görüşün ikinci hissəsində məhz Maqnus Eriksonun ideal ötürməsindən sonra Musa Qurbanlı yaxın məsafədən topu başla qapıya göndərə bilməyib. Komandalar arasında Lütserndəki cavab matçı avqustun 3-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31