9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Sudamerikano kubokunda dava: 5 qırmızı vərəqə, artırılmış 22 dəqiqə

Cənubi Amerikanın ikinci dərəcəli klub turniri olan Sudamerikano kubokunun oyununda dava düşüb.

Futbolxeber.az saytının məlumatına görə, insident 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində Peruda keçirilən "Universitario" - "Korintians" (1:2) matçında yaşanıb.

Belə ki, Braziliya klubunun üzvü Ryan 90+2-ci dəqiqədə komandasının qələbə qolunu vurduqdan sonra sevincini çılğın şəkildə azarkeşlərlə birgə qeyd edib. Bu isə yerli komandanın üzvlərinin xoşuna gəlməyib. Nəticədə meydanda qarşıdurma yaranıb. Yekunda hakim qonaqlardan 2 (Ryan, Araujo), meydan sahiblərindən isə 3 (Kalkaterra, Di Benedetto, Quzman) futbolçunu qovub. Meydandakı qalmaqal səbəbindən kolumbiyalı referi görüşün ikinci hissəsinə 22 dəqiqə artırıb.

Qeyd edək ki, 2 oyunun nəticəsinə görə 3:1 hesablı qələbə qazanan "Korintians" 1/8 finala yüksəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31