9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Makron: “Mbappeni PSJ-ni tərk etməmək üçün razı salmağa çalışacam”

Fransa prezidenti Emmanuel Makron Kilian Mbappenin PSJ-ni tərk edəcəyi barədə yayılan xəbərləri şərh edib.

Futbolxeber.az saytının “RMC Sport”a istinadən verdiyi məlumata görə, dövlət başçısı jurnalistlərin bu haqda sualını belə cavablandırıb:

“Mbappenin PSJ-də qalıb-qalmayacağı barədə hər hansı bir informasiyam yoxdu. Amma mən onu komandanı tərk etməmək üçün razı salmağa çalışacam”.

Xatırladaq ki, PSJ ilə müqaviləsini yeniləməyən Mbappe gələn mövsümün sonu azad agent statusunda olacaq. Bu səbədən də Paris klubunun rəhbərliyi gələn yay ulduz futbolçunu pulsuz itirməmək üçün artıq bu yay onu satmaq barədə düşünür. Mbappenin “Real”a keçəcəyi gözlənilir.

Əlavə edək ki, Mbappe hələ ötən yay “Real”a transfer oluna bilərdi. Lakin sonradan futbolçu PSJ-də qalmaq qərarına gəldi və bildirdi ki, bunda Emmanuel Makronun xahişinin rolu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31