9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”

“Azərbaycana qələbə üçün gedirik, qalib gəlməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

İngiltərənin “Arsenal” klubunun 21 yaşlı qapıçısı iyunun 17-də Bakıda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “Milli komandanın oyunları həmişə böyük önəm kəsb edir. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Qarşıdakı oyunlar əvvəlkilər kimi çətin olacaq. Lakin komanda buna hazırdır və hər iki görüşdən xallar almaq istəyirik”.

Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması bundan üç gün sonra Belçikanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31