8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Mahir Emreli "Konyaspor"la vidalaşdı

"Konyaspor"la icarə müqaviləsi başa çatan millimizin üzvü Mahir Emreli Türkiyə klubu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı hücumçu bununla bağlı instaqram səhifəsində paylaşım edib: "Hər şey üçün təşəkkürlər, "Konyaspor".

M.Emrelinin anası Elnura Emreli bu paylaşıma "Yolun açıq olsun, balım".

Mahir Emrelinin müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. Onun karyerasını harada davam etdirəcəyi yaxın vaxtlarda müəyyənləşəcək. Emrelinin yenidən "Konyaspor"a qayıdacağı da istisna deyil.

Qeyd edək ki, millimizin hücumçusu Superliqanın son turunda "Beşiktaş"la keçirilən oyunda (3:3) komandasının 2-ci qolunu vurub.  Qışda "Konyaspor"a keçən Emreli Türkiyə Superliqasında ümumilikdə 12 oyunda iştirak edib və 2 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31