8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Fənərbaxça” Azərbaycan klublarına potensial rəqib oldu

Türkiyənin “Fənərbaxça” klubu avrokuboklarda Azərbaycan komandalarına rəqib ola bilər.

Futbolxeber.az saytının məlumatına görə, Super Liqada mövsümü 2-3-cü yerlərdən birində bitirəcəyi dəqiqləşən İstanbul təmsilçisi UEFA Konfrans Liqasına vəsiqə əldə edib.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “bülbüllər” püşkatma zamanı səpələnmişlərdə yer alacaq. Bu isə o deməkdir ki, Jorje Jezuşun kollektivi səpələnməmişlər səbətində olacaq “Qəbələ” və “Sabah”ın potensial rəqibləri sırasına qoşulub.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31