9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Emeri “Tottenhem” üzərində qələbəni şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 36-cı turunda “Tottenhem” üzərində qazanılan qələbə (2:2) barədə danışıb.

Futbolxeber.az saytının Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis komandasının avrokuboklara yollanmaq şansının qaldığını bildirib:

“Hazırkı durumumuzdan narazı qala bilmərik. Son 2 turda bizi “Liverpul”la səfər və “Brayton”la ev oyunu gözləyir. Avroliqaya vəsiqə qazanmaq üçün sona kimi mübarizə aparacağıq. Lakin istəyimizə çatmaq üçün tələbkar olmalıyıq. Məsələn, bu gün ilk hissədə çox yaxşı oynadıq. Lakin fasilədə sonra tempi aşağı saldıq. Bəlkə də bu, yorğunluqdan irəli gəlirdi”.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 57-yə çatdıran “Aston Villa” 7-ci pillədə qərarlaşıb. Eyni xala malik “Tottenhem” altıncı yeri tutur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31