9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Xorvatiya mətbuatı: “Konyaspor” Mahiri birdəfəlik transfer edəcək

Azərbaycan millisinin müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan, icarə əsasında "Konyaspor"da çıxış edən futbolçusu Mahir Emreli haqqında yeni iddia ortaya atılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Index.hr” açıqlama yayıb.  İddiaya görə, “Konyaspor” Emrelini birdəfəlik transfer etmək istəyir: “Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu ilin fevral ayına icarə əsasında "Konyaspor"a keçib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31