9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Van Nisterloy klubu ilə vidalaşdı: “PSV daim qəlbimdə olacaq”

PSV-nin baş məşqçisi Rud van Nistelroy klubu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı mütəxəssis tviterdə bunları yazıb:

“10 il PSV-də. Bu, əla yarış idi. Biz akademiyadan bir çox gəncə irəli addım atmaq şansı yaratdıq. Mən indi həmin gənclərə peşəkar futbolda fəxrlə tamaşa edirəm. 5 il ərzində mən köməkçi məşqçi və hücumlar üzrə məşqçi kimi əvəzsiz təcrübə topladım, paralel olaraq müxtəlif diplomlar aldım. Daha sonra 3 il gənclər komandasında baş məşqçi oldum. Yekunda isə ən əsası PSV-nin baş məşqçisi təyin edildim. Əla azarkeşlər üçün titullar qazanmaq çox xoşdu. Biz oynadığımız hər yerdə fanatlarımızın dəstəyini hiss etdik. PSV daim qəlbimdə olacaq və hər zaman bu klubu dəstəkləyəcəm”.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2022-ci ilin yayından Eyndhoven klubunun baş məşqçisi idi. Bu, onun peşəkar futbolda debütu idi. Van Nistelroyun rəhbərliyi altında PSV mövsümün sonuna 1 tur qalmış turnir cədvəlində ikinci yeri tutur.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31