9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar"

Çexiyanın iDNES.cz saytı ölkə çempionu "Sparta"nın 2023/2024 mövsümü üçün Çempionlar Liqasındakı potensial rəqibləri haqda yazı hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yazıda Ağdam təmsilçisinin Praqa klubunun ən çətin potensial rəqiblərindən biri olduğu vurğulanıb.

Bildirilib ki, "Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar:

“Dinamo” (Zaqreb, Xorvatiya), “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün “Sparta Praqa”nın ən çətin potensial rəqibləridir. İtaliya çempionatının geridə qalan turlarında sürpriz olmasa, o zaman Çexiya çempionu avrokuboklara 3-cü mərhələdən başlayacaq. "Slovan", "Ferensvaroş" və "Qarabağ" "Sparta" ilə qarşılaşmaları üçün iki mərhələ keçməlidir.

“Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar, ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda “Viktoriya” ilə mübarizə aparıblar (0:0, 1:2). Daha sonra cavab oyununda azərbaycanlılar matç ərzində üstünlüyə malik olsalar da, qapıçının  kobud səhvləri səbəbindən məğlub oldular. Çexiyalı qapıçı isə güllə keçirməz idi”, - deyə yazıda bildirilib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31