9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Donnarumma: “Əminəm ki, PSJ Çempionlar Liqasını qazanacaq”

PSJ-nin qapıçısı Canluici Donnarumma komandasının Çempionlar Liqasındakı çıxışı barədə danışıb.

Futbolxeber.az saytının “Telefoot”a istinadən verdiyi məlumata görə, italiyalı qolkiper komandasının növbəti mövsümdə qitənin 1 nömrəli klub turnirində daha yaxşı çıxış edəcəyini inandığını bildirib:

“Biz bu il sona kimi turnirdə irəliləmək istəyirdik. Lakin təəssüf ki, alınmadı. Amma təslim olmaq olmaz. Əminəm ki, gec, ya tez, biz Çempionlar Liqasını qazanacağıq. Klub və fanatlarımız buna layiqdi. Biz Avropada zirvəyə yüksəlmək üçün lazım olan hər şeyi etməliyik. Bəzən gözlənilməz uğursuzluqla üzləşirsən. Futbolda bütün bunlar normal haldı”.  

Xatırladaq ki, PSJ 1/8 finalda hər iki oyunda “Bavariya”ya uduzaraq mübarizəni dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31