9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Neftçi” və “Kəpəz”in futbolçuları Belarus millisinə dəvət aldı

Belarus millisinin Avro-2024-ün seçmə mərhələsində İsrail və Kosovo yığmaları ilə keçiriləcək oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb.

Futboxleber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Georgi Kondratyev Azərbaycan klublarından da iki oyunçuya dəvət göndərib.

Bunlar "Kəpəz"in müdafiəçisi Yeqor Xvalko və "Neftçi"nin hücumçusu Yeqor Boqomolskidir. Onlar 33 nəfərlik siyahıda yer alıb. 23 oyunçudan ibarət yekun heyət isə millinin toplanışı ərəfəsində açıqlanacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumuna dəstək verən Belarusun milli komandası UEFA-nın qərarına əsasən ev oyunlarını neytral ərazidə keçirir. İsrail və Kosovo yığmalarına qarşı oyunlar müvafiq olaraq iyunun 16-da və 19-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31