8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Ten Haq: “Qalib gəlmək üçün xarakter nümayiş etdirdik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun yarımfinalında “Brayton” üzərində qazanılan qələbəni (0:0, penaltilərlə - 7:6) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı mütəxəssis Avroliqadakı uğursuzluqdan sonra komandasının toparlandığını bildirib:

“Sevilyada biz mövsüm ərzində ən bərbad oyunumuzu nümayiş etdirdik. Lakin daha nəyisə dəyişə bilmərik. İndi vacib olan səhvlərdən nəticə çıxarmaqdı. Bugünkü matç göstərdi ki, biz özümüzə gəlmişik. Ağır məğlubiyyətdən 3 gün sonra vuruşduq, xarakter nümayiş etdirdik. Bununla da həm fiziki, həm də mənəvi cəhətdən güclü olduğumuzu göstərdik. İşimiz asan deyildi, amma öhdəsindən gəldik”.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə kubokunun finalında “Mançester Siti” ilə üz-üzə gələcək. Həlledici qarşılaşma iyunun 3-də “Uembli”də keçiriləcək.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31