9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Rodcers gedişi barədə: “Əminəm ki, komandanı Premyer Liqada saxlayacaqdım”

Brendan Rodcers “Lester”dən gedişini şərh edib.

Futbolxeber.az saytının “Mirror”a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis vəzifəsindən uzaqlaşdırıldığı üçün məyus olduğunu gizlətməyib:

“Təbii ki, klubdan ayrıldığım üçün məyusam. Xüsusən də mövsümün sonuna yaxın getmək insana pis təsir edir. Tamamilə əminəm ki, vəzifəmdə qalsaydım, “Lester”i Premyer Liqada saxlayacaqdım. Bütün bunlara baxmayaraq, “Lester”dəki fəaliyyətimə görə daim fəxr edəcəm. İngiltərə kubokunun finalında “Uembli”də “Çelsi” üzərində qazandığımız qələbəni və avrokuboklara vəsiqə qazanmağımızı heç vaxt unutmayacam”.

Xatırladaq ki, aprelin 2-də “Lester” Rodcersin istefaya göndərildiyini bəyan edib. O, 2019-cu ilin fevralından klubu çalışdırırdı.

28 oyundan sonra 25 xalı “Lester” hazırda Premyer Liqada 19-cu pillədə qərarlaşıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31