8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Türkiyənin avrokuboklarda komanda sayı artdı

Türkiyə 2024/25 mövsümündən Avropa kuboklarında 5 komanda ilə təmsil olunacaq.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qeyd edilən mövsümdə bu ölkə UEFA-nın klub reytinqində 12-ci pillədə yer alacaq. Bu, dünən gecə “Bazel”in Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya uduzmasından sonra bəlli olub. Onların mübarizəni dayandırması səbəbindən İsveçrənin reytinqdə Türkiyəni keçə bilməyəcəyi qətiləşib.

Beləliklə, 2024/25 mövsümündən başlayaraq, Türkiyə Avropa kuboklarında 2-si Çempionlar Liqasında olmaqla 5 komanda ilə yarışacaq. Onlar yarışa aşağı qeyd olunan mərhələdən başlayacaqlar:

Superliqanın qalibi: Çempionlar Liqasının pley-off mərhələsindən

Superliqanın ikincisi:  ÇL-in 2-ci mərhələsindən

Superliqanın üçüncüsü: Avropa Liqasının 3-cü mərhələsindən

Superliqanın dördüncüsü: Konfrans Liqasının 2-ci mərhələsindən

Türkiyə kubokunun qalibi: Avropa Liqasının pley-off mərhələsindən

Xatırladaq ki, 2023/24 mövsümündə Türkiyə cari mövsümdə olduğu kimi Avropa kuboklarına 4 komanda (ÇL-də 1 komanda) ilə qatılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31