9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Tuhel debüt matçını qiymətləndirdi

“Bavariya”nın yeni baş məşqçisi Tomas Tuhel “Borussiya” üzərində qazanılan 4:2 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının “Sky Sport”a istinadən verdiyi məlumatına görə, o, komandasının oyununda çox çatışmazlıq olduğunu bildirib:

“Bu gün ilk addımımızı atdıq. Oyun çox gərgin keçdi. Biz matçın gedişinə və topa daha çox nəzarət etmək istəyirdik. Qarşılaşmanın startı çox əsəbi idi, matç boyu isə səliqəli çıxış etmirdik, xeyli top itkilərinə yol verdik. Üzərində işləməli olduğumuz çox detal var”.

Qeyd edək ki, bu, Tuhelin “Bavariya”nın baş məşqçisi kimi debütu idi. Bu qələbə sayəsində Münhen klubu 55 xalla turnir cədvəlinin lideridi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31