8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Krivostsyukun komandası qələbə həsrətinə son qoydu

Cənubi Koreya çempionatında 12-ci tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Anton Krivostsyukun formasını geydiyi “Daejeon” öz meydanında “Suvon FC”ni qəbul edib.

Meydana start heyətində çıxan Krivotsyuk görüşü əvəzolunmadan keçirib. Matç onun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Daejeon”a qələbə gətirən qolları 16-cı dəqiqədə Masatoşi İşida və 57-ci dəqiqədə Jeon Byunq-Kvan vurub. Bununla da millimizin üzvünün komandası 2 turdan sonra qələbə qazanmağa müvəffəq olub. “Daejeon” son turda cəmi 1 xal toplaya bilmişdi.

Bu qələbə sayəsində xallarının sayını 21-ə çatdıran Krivotsyukun komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Daejeon” ikinci pillədəki “Seul”dan cəmi 2 xal geri qalır. Turnir cədvəlinə isə 31 xala malik “Ulsan Hunday” başçılıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31