9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Millidəki ən yaxşı oyunlarımı Enrikenin dövründə keçirmişəm”

“Çelsi”nin müdafiəçisi Sezar Aspilikueta həmyerlisi, millidəki sabiq baş məşqçisi Luis Enrikenin London klubunu çalışdıracağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, ispan müdafiəçi klub rəhbərliyinin hazırda namizəd mütəxəssislərlə danışıqlar apardığını deyib:

“Klubdakı müəyyən şəxslər gələcək baş məşqçi ilə danışıqlar aparırlar. Təbii ki, biz onlara güvənirik, çünki komanda üçün ən düzgün seçimi etməyə çalışırlar. Necə olacağını isə zaman göstərəcək. Əlbəttə, mənim üçün Luis Enrike ilə birgə çalışmaq çox xoş olardı. Çünki millidəki ən yaxşı oyunlarımı onun dövründə keçirmişəm”.

Qeyd edək ki, Qrem Potteri istefaya göndərən “Çelsi”nin baş məşqçi postu müvəqqəti olaraq Frenk Lemparda tapşırılıb. Hazırda Luis Enrike də daxil bir neçə məşqçinin adı London klubu ilə yanaşı hallanır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31