8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Xarici futbol

Mahir Emreli: “Konyaspor”un yeni mövsüm üçün planlalarında yer alsam...”

"Matç bizim üçün həqiqətən çətin keçdi. Bütün həftə yaxşı hazırlaşsaq da, sürprizlərlə qarşılaşdıq. Maraqlı matç oldu. 10 dəqiqə ərzində hər iki komanda qol vurdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Konyaspor”da çıxış edən millimizin üzvü Mahir Emreli “Kontv”yə açıqlamasında deyib.

Türkiyə Super Liqasının 33-cü turunda "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri matçı dəyərləndirən hücumçu öz çıxışı haqda da danışıb: "Buraya gəldiyimdən bəri aktiv olmadığım matç keçirdim. Ümid edirəm ki, bu, sonuncu belə görüşüm olar. Çünki belə davam etməsini istəmirəm”.

Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və “Konyaspor”da icarə əsasında çıxış edən 26 yaşlı futbolçu Türkiyə klubunda qalmağın əleyhinə olmadığını bildirib: “Yeni mövsümlə bağlı klubdan mənimlə görüşən olmayıb. Mən Zaqreb "Dinamo"suna məxsus futbolçuyam. Amma “Konyaspor”un yeni mövsüm üçün planlalarında yer alsam, şad olaram. Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31