9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Kadi əməliyyat olundu

“Krasnodar”ın qış fasiləsində “Qarabağ”dan transfer etdiyi Kadi Borges əməliyyat olunub.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport24.ru"ya açıqlamasında deyib.

O, Kadinin durumunun yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Kadi "Spartak” Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra  Kadi huşunu itirib. Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib. Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb. O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək.

Qeyd edək ki, Kadi Borges bu mövsüm “Krasnodar”ın heyətində keçirdiyi 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31