9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Traktor” səfər qələbə qazandı

İran çempionatında 28-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu tur səfərdə “Mes Kerman”ın qonağı olub.

Matç Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Traktor”un heyətində Qustavo (2 qol) və Agjahanpour fərqlənib.

Ardıcıl ikinci, son 5 oyunda isə 4-cü qələbəsini qazanan “Traktor” xallarının sayını 49-a çatdırmaqla turnir cədvəlində 4-cü pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, “Sepahan” 59 xalla çempionatın lideridir. 1 oyun az keçirmiş “Persopolis” 57 xalla ikinci, “İstiqlal” isə 56 xalla üçüncüdür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31