9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

“Real” Çempionlar Liqasının kralıdı”

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçiriləcək cavab oyunu barədə danışıb.

Futbolxeber.az saytının “Marca”ya istinadən verdiyi məlumata görə, ispan qolkiper Madrid klubunun qitənin 1 nömrəli klub turnirindəki inamlı çıxışından təəccüblənmədiyini bildirib:

“Real” Çempionlar Liqasının kralıdı. Ona görə madridlilərin bu turnirdəki inamlı çıxışından qətiyyən təəccüblənmirəm. Hər kəs onların tarixini gözəl bilir. Biz Madriddəki matçda zəif təsir bağışladıq. Amma indi vəziyyəti xeyrimizə dəyişə bilərik. Rəqib hər nə qədər güclü və favorit olsa da, sona kimi mübarizə aparacağıq. “Real”a güclü tərəflərini nümayiş etdirmək imkanı verməməliyik”.

Xatırladaq ki, “Çelsi” ilk matçda səfərdə “Real”a 0:2 hesabı ilə uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31