8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Emrelinin xorvat məşqçi ilə çəkdirdiyi şəkil müzakirələrə səbəb olub

"Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin evdə "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın XXXII tur oyunundan öncə rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun xorvatiyalı mütəxəssislə səmimi münasibəti konyalı azarkeşlərin marağına səbəb olub.

Məsələni araşdıran "yenihaberden.com" saytı Byelitsanın ölkəsinin "Osiyek" klubunun sükanı arxasında olarkən təcrübəli forvardı komandasında görmək istədiyini, hətta oyunçuya təklif göndərildiyini, amma razılıq əldə olunmadığını yazıb.

Bu arada, "Trabzonspor"la matçın 71-ci dəqiqəsində xəbərdarlıq alan Emreli sarı vərəqə limitindədir. Hücumçu XXXIII turun "Alanyaspor"la səfər oyununda analoji cəzaya məruz qalarsa, növbəti görüşü buraxacaq.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsusdur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31