8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

PSJ: son 12 ildə 2-ci belə hal

Liqa 1-in 33-cü turunda PSJ öz meydanında “Loryen”ə uduzub - 1:3.

Futbolxeber.az saytının məlumatına görə, bu, Paris klubunun cari mövsümdə altıncı məğlubiyyətidi.

“Qatar Sports Investments”in PSJ-yə sponsorluq etdiyi 12 il ərzində komanda mövsüm ərzində 6 məğlubiyyətlə yalnız 2 dəfə üzləşib. Qalan 10 mövsümdə parislilər maksimum 5 oyunda meydanı xalsız tərk edib.

Qarşıdakı 5 tur ərzində - “Trua”, “Ayaçço”, “Oser”, “Strasburq” və “Klermon”la oyunların hansısa birində uduzacağı halda, PSJ son 12 ilin antirekorduna imza atacaq.

Sonuncu dəfə PSJ mövsüm ərzində 6 dəfə 2020/21 mövsümündə məğlub olub. Həmin mövsümün yekununda komanda “Lill”dən geri qalaraq gümüş medala sahib çıxmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31