9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Kapello “Napoli” və “Milan”ın şanslarını dəyərləndirdi

İtaliyalı mütəxəssis Fabio Kapello “Napoli” və “Milan” arasında keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü barədə danışıb.

Futbolxeber.az saytının “ITASportPress”ə istinadən verdiyi məlumata görə, “Milan”ın ilk matçdakı 1:0 hesablı qələbəsinə baxmayaraq, o, şansları bərabər dəyərləndirib:

“Düzdür, “Milan” ilk matçda 1 qolla qalib gəldi. Amma şanslar 50-nin 50-yədi. Hazırda hansısa komandanı favorit kimi göstərmək olmaz. “Napoli”nin vəziyyəti öz xeyrinə dəyişmək üçün hər şeyi var. “Milan” isə daha çox müdafiəyə diqqət edəcək və əks-hücumlara bel bağlayacaq”.

Qeyd edək ki, “Napoli” - “Milan” oyunu apreli 18-də keçiriləcək. Neapoldakı matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31