9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Kasilyasdan etiraf: “A seriyasında oynamaq istəyirdim”

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas maraqlı etirafı ilə diqqət çəkib.

Futbolxeber.az saytının məlumatına görə, veteran qolkiper DAZN-a müsahibəsində “Nə vaxtsa İtaliya çempionatında çıxış etməyi arzulamısınızmı” sualını belə cavablandırıb:

“Bəli, belə bir istəyim həmişə olub. Təəssüf ki, alınmadı. İtaliyanın bütün klublarına hörmətlə yanaşıram. Konkret hansısa komandanın adını çəkə bilmərəm. Amma karyerama görə də peşman deyiləm. Unutmayaq ki, “Real” elə “Real”dı”.

Qeyd edək ki, uzun illər “Real”ın qapısını qoruyan Kasilyas karyerasının son illərini “Portu”da keçirib. O, 4 avqust 2020-ci ildə karyerasını bitirdiyini açıqlayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31