9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Xavi: “Mən onun uğur qazanmasını hamıdan çox istəyirəm”

“Barselona”nın baş məşqçisi Xavi komandasının hücumçusu Ansu Fatinin atasının sözlərinə münasibət bildirib. Bori Fati oğlunun komandadakı durumundan narazılığını ifadə edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis Ansu Fatinin uğur qazanmasını arzuladığını bildirib:

“Ansu Fati sakitdi və fikrini işinə yönəldib. Məni yalnız futbolçum maraqlandırır. Onun atası, yaxud ətrafı yox. Başa düşürəm, valideyn olaraq atası övladı üçün narahat olur. Lakin mən Ansuya güvənirəm. Dəfələrlə söhbətimiz olub. Mən onun uğur qazanmasını hamıdan çox istəyirəm”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Fatinin 2027-ci ilin iyununa kimi “Barselona” ilə müqaviləsi var. Cari mövsüm 20 yaşlı futbolçu bütün turnirlər nəzərə alınmaqla 38 matça çıxıb və 6 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31