9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Klopp məğlubiyyəti şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 27-ci turunda “Bornmut”dan alınan 0:1 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, alman mütəxəssis komandasının müdafiədə zəif təsir bağışladığını bildirib:

“Bu, bizim yaxşı oyunlarımızdan deyildi. İlk hissədə matça nəzarət bizim tərəfimizdə idi. Amma topa nəzarət etsək də, qol epizodu yaratmağı bacarmırdıq. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermirdi. Biz pis müdafiə olunurduq. İkinci hissədə də pis təsir bağışlamadıq. Hətta penalti qazansaq da, ondan istifadə edə bilmədik. Bundan sonra isə tələsirdik. “Bornmut” Liqada qalmaq üçün mübarizə aparır. Onlar buna tam layiqdilər”.

Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 42 xalla beşinci pillədə qərarlaşıb. “Bornmut” isə 24 xalla 16-cı yerə yüksəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31