9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

İnzagi məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdü

“İnter”in baş məşqçisi Simone İnzagi İtaliya A seriyasının 26-cı turunda “Spetsiya”ya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis məsuliyyəti üzərinə götürüb:

“Bu cür məğlubiyyətdən sonra danışmaq çox çətindi. Çünki biz meydanda bütün gücümüzü ortaya qoyduq. Yəqin ki, qələbə qazanmaq üçün daha aqressiv olmaq lazımdı. Fasiləyə qədər qol vurmaq gərəkirdi. Bəli, çox məyusuq. Amma artıq önümüzə baxmalıyıq. O ki qaldı məğlubiyyətə, bütün məsuliyyəti üzərimə götürürəm. Komanda layiqli oyun sərgiləsə də, nəticə ürəkaçan olmadı”.

Qeyd edək ki, bu yenilgidən sonra “İnter” əvvəlki kimi 50 xalla ikinci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31