9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Meydana banan atan azarkeş həbs olundu

Rusiya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Volqa” - “Zenit” matçında insident yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, matçın gedişində yerli fanatlardan biri “Zenit”in yarımmüdafiəçisi Vendelə banan atıb.  Qarşılaşmadan sonra araşdırma aparan Ulyanovsk polisi həmin fanatı həbs edib.  

İnsidentlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada deyilir:”Polis əməkdaşlarının apardığı araşdırma zamanı həmin şəxsin kimliyi müəyyənləşdirilib. 2004-cü ildə təvəllüdlü şəxs oblast vətəndaşıdı”.

20.31-ci maddə ilə ittiham olunan 19 yaşlı gənc məhkəməni qərarı ilə həbs edilib.

Qeyd edək ki, fevralın 25-də Ulyanovskda keçirilən həmin görüşdə “Zenit” 3:0 hesablı qələbə qazanıb. Matç zamanı azarkeşlə bağlı baş vermiş həmin insidentə görə Ukyanovsk klubu 500 min rubl cərimə edilib. Üstəlik, komanda 1 oyununu azarkeşsiz keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31