9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Maluda: “Çelsi”nin Mbappeni transfer etməsini istərdim”

“Çelsi”nin sabiq hücumçusu Floran Maluda həmyerlisi Kilian Mbappe barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran forvard həmyerlisini “Çelsi”də görmək istədiyini açıqlayıb:

“Çelsi” böyük uğurlar qazanmaq üçün ən güclüləri heyətinə qatmalıdı. Çox istərdim ki, Mbappe karyerasını məhz London klubunda davam etdirsin. “Çelsi” böyük pullar xərcləyir. Amma hələ ki nəticə yoxdu. Böyük uğurlar qazanmaq üçün Mbappe kimi futbolçular transfer edilməli və onların ətrafında komanda qurulmalıdı”.

Qeyd edək ki, Mbappe PSJ-də 2018-ci ildən çıxış edir. 24 yaşlı forvardın Paris klubu ilə 2025-ci ilin yayına kimi qüvvədə olan sözləşməsi var.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31