9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Kim acdırsa, o, yatmaq istəmir” ifadəsi məhz “Napoli” barədədi”

“Napoli”nin baş məşqçisi Luçano Spaletti A seriyasının 27-ci turunda “Torino” üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının “Football-Italia”ya istinadən verdiyi məlumata görə, o, komandasının əla təsir bağışladığını bildirib:

“Biz qələbəyə acıq. Oyundan əvvəl futbolçularla söhbət edərkən bir daha əmin oldum ki, onlar nəyin bahasına olursa-olsun, uğur qazanmaq istəyirlər. Neapolda belə bir deyim var: “Kim acdırsa, o, yatmaq istəmir”. Bu ifadə məhz bizim üçün deyilib. Məsələ heç də Osihmenin 2 qolunda, yaxud üçüncü qolda hamının danışdığı kimi, Kvaratsxeliyanın zərbəsində deyil. Siz diqqətli fikir verin. Həmin qolda hər şey Di Lorenstodan başladı. O, əsl çempiondu”.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 71-ə çatdıran “Napoli” hazırda ən yaxın izləyicisini 21 xal qabaqlayır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31