9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Kurtua: “Barselona”nı məğlub edəcək gücdəyik”

“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 26-cı turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, belçikalı qolkiper komandasının El Klassikoda qələbə qazana biləcəyinə əminliyini ifadə edib:

“Bu matçda qələbə qazanmasaq, xal fərqini aradan qaldırmaq çox çətin olacaq. Ona görə qalib gələcəyimizə əminliyimiz var. Sona qədər mübarizə aparmaq üçün xal fərqini aradan qaldıra bilərik. Rəqibi mütləq təzyiq altında saxlamalıyıq. Yox, “Barselona” qələbə qazansa, onlar layiqli şəkildə çempion olacaqlar. Bu görüş kubokdan fərqli keçəcək. Birincisi, rəqib bu dəfə evdə oynayır. Üstəlik, kubokda cavab matçı olur. Hansında ki sən səhvlərini düzəldə bilərsən. Bu görüşün isə revanşı olmayacaq”.

Qeyd edək ki, “Barselona” və “Real” arasındakı matç martın 19-da “Nou Kamp”da keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31