9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Sabiq “Liverpul”lu ürəyindəki problemə görə karyerasını başa vurdu

“Qremio”nun formasını geyən Lukas Leyva futbolçu karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, həkimlər braziliyalı futbolçunun ürəyində problem aşkarlayıblar.

Bununla bağlı keçirdiyi mətbuat konfrasında Leyva deyib:

“Mənim sağlamlığım hər şeydən daha önəmlidi. Ona görə də belə qərar qəbul etdim. “Qremio”ya minnətdaram. Mən karyeramı oynamaq istədiyim klubda bitirirəm. Təəssüf ki, hər şey planlaşdırdığım kimi getmədi”.

Qeyd edək ki, “Qremio”nun yetirməsi olan 36 yaşlı Lukas Leyva daha çox “Liverpul”dakı çıxışı ilə tanınıb. 2008-ci ildən 2017-ci ilə kimi İngiltərə təmsilçisində çıxış edən braziliyalı futbolçu növbəti 5 mövsümdə “Latsio”nun uğurları üçün çalışıb. 2022-ci ildə isə o, doğma klubuna qayıdıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31