9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Həyat yoldaşı Dani Alşevdən boşandığını bəyan etdi

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş həyat yoldaşı Xoana Sans ilə boşanıb.

Futbolxeber.az saytının məlumatına görə, Sans sosial şəbəkə hesabından veteran futbolçu ilə birgə olan fotosunu silib.  

“Mən gözlərimdə ideal olan şəxsi özümə həyat yoldaşı seçmişdim. O, hər ehtiyac duyduğum anda yanımda idi, daim məni dəstəkləyirdi. Lakin indi bu adamın məni min yerə parçalamasını qəbul etmək çətindi. Onu sevirəm və hər zaman da sevəcəm. Amma mən özümə hörmət edirəm. Bağışlamaq insanı yüngülləşdirir. Buna görə də mən Danini əfv edir və 2015-ci ilin 18 mayından başlayan həyatımın bu səhifəsini qapayıram”, - deyə Alveşin keçmiş xanımı paylaşımında yazıb.

Xatırladaq ki, cinsi təcavüzdə ittiham olunan Dani Alveş hazırda həbsxanadadı. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 4 ildən 12 ilə qədər həbs təhlükəsiz gözləyir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31