9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Benzema Deşam barədə danışmaqdan imtina etdi

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı keçirilən cavab oyunundan (1:0) sonra Fransa millisinin baş məşqçisi Didye Deşam barədə danışmaq istəməyib.

Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası müsahibədə fransız forvard yığmanın çalışdırıcısı barədə suala belə cavab verib:

“Deşam? Onun haqda danışmaq istəmirəm. İndi onu yeri deyil. Mən bura “Liverpul”la görüş barədə danışmaq üçün gəlmişəm”.

Xatırladaq ki, Deşam DÇ-2022-in startına bir neçə gün qalmış zədələnən Kərim Benzemanın öz istəyi ilə yığmanın düşərgəsindən ayrıldığını bəyan etmişdi. Baş məşqçi qeyd etmişdi ki, futbolçu dekabrın 10-dan tez məşqlərə qoşulmayacağı üçün belə qərar qəbul edib. Lakin sonradan Benzema bu xəbəri təkzib edərək, Deşamın yalan danışdığını bildirmişdi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31