9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Azar Ançelotti ilə danışmadıqlarını etiraf etdi

“Real”ın üzvü Eden Azar baş məşqçi Karlo Ançelotti ilə münasibətlərindən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi RTBF-ə açıqlamasında italiyalı mütəxəssislə danışmadığını etiraf edib:

“Ançelotti ilə qarşılıqlı hörmətimiz var. Lakin bir-birimizlə danışdığımızı deyə bilmərəm. Çünki bu, belə deyil. Amma mən hər zaman ona hörmətlə yanaşacağam. Ançelotti hörmətə layiq insandı. Çünki o, futbol üçün çox iş görüb. Üstəlik, parlaq karyeraya malikdi”.

Qeyd edək ki, Azar 2019-cu ildən çıxış edir. Bu mövsüm cəmi 7 oyuna çıxan belçikalı futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Sonuncu dəfə o, yanvarın 3-də üçüncü liqa klubu “Kasereno” ilə kubok matçında (1:0) meydana çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31