9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Arteta: “100 qələbə əla nəticədi, amma titul deyil”

Mikel Arteta “Arsenal”ın baş məşqçisi kimi 100-cü qələbəsini şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis bunun əla nəticə olduğunu bildirib:

“Arsenal”ın baş məşqçisi kimi 100 qələbə qazanmaq əla nəticədi. Amma bu, titul deyil. Bu qədər qalibiyyət əldə etmişiksə, deməli, klubda bir çoxu işinin öhdəsindən gəlir. Bu qələbələrdə futbolçularımızın, eləcə də daim bizə fantastik dəstək nümayiş etdirən azarkeşlərimizin də böyük rolu var. Məqsədimizə çatmaq üçün bu cür də davam etməliyik. Hətta bəzi keyfiyyətlərimizi daha da yaxşılaşdırmalıyıq”.

Qeyd edək ki, martın 12-də İngiltərə Premyer Liqasının 27-ci turunda “Arsenal” “Fulhem”i (3:0) məğlub edib. Bu, Mikel Artetanın London klubunun baş məşqçisi qismində 100-cü qələbəsi kimi tarixə düşüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31