9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Pavar “Barselona”ya keçidi ilə bağlı sualı gülüşlə qarşıladı

“Bavariya”nın müdafiəçisi Benjamen Pavar klubdakı gələcək karyerası haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, fransız müdafiəçi Münhen klubunda özünü xoşbəxt hiss etdiyini bildirib:

“Mən xoşbəxtəm və vaxtımı gözəl keçirirəm. Qalan məsələlərin necə olacağını yayda görəcəyik. “Bavariya” rəhbərliyi ilə danışıqlar olub-olmayacağını bilmirəm. Mən hazırda bütün fikrimi qarşıdakı oyunlara yönəltmişəm”.

Jurnalistlərin “Barselona”ya mümkün keçidi ilə bağlı sualı isə 26 yaşlı futbolçu gülüşlə qarşılayıb və heç nə deməyib.

Qeyd edək ki, Pavar 2019-cu ildən “Bavariya”da forma geyir. Onun klubla müqaviləsi gələn yay başa çatır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31