8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Artetadan qələbə şərhi: “3 xala layiq idik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 29-cu turunda “Lids” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis komandasının qələbəyə layiq olduğunu bildirib:

“Mən oyundan razıyam. Son günlər komandadan müəyyən hadisələr baş versə də, biz lazımi reaksiyanı verə bildik. Bu, zəif olmayan rəqibə qarşı çətin matç idi. Ümumi götürdükdə, biz qələbəyə layiq idik. “Lids” təşkilatlanmış şəkildə mübarizə apardı. Biz isə bəzi anlarda təhlükəli zonada top itkisinə yol verirdik. Lakin əsas odur ki, mövsüm boyu sahib olduğumuz stabilliyi qoruyuruq. Sabah bugünkündən də yaxşı işləməyik. “Mançester Siti”nin nə etməsi isə bizim üçün əhəmiyyətsizdi. Ən vacibi odur ki, öz oyunumuza köklənək və qələbələri sıralayaq”.

Qeyd edək ki, hazırda 72 xalı olan “Arsenal” “Mançester Siti”ni 8 xal qabaqlayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31