8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

Maqomed Adiyev Azərbaycana uduzduqları oyunu xatırladı

"Hər şey təcrübə ilə sınaqdan keçirilir. Biz çox da uzaq olmayan tarixdə Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşlərində uduzmuşduq. Ondan əvvəl isə Millətlər Liqasında Azərbaycana ağır hesabla məğlub olmuşduq. Baxmayaraq ki, həmin oyunun artıq turnir baxımından əhəmiyyəti yox idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev "Sport-ekspress" qəzetinə müsahibəsində deyib.

Rusiyalı mütəxəssisin rəhbərliyi altında Qazaxıstan millisi bu günlərdə Avro-2024-ün seçmə mərhələsində Danimarka üzərində sensasiyalı qələbə qazanıb. Qazaxlar 2 top fərqi ilə geridə olduğu oyunda 3 qol vuraraq qalib qalib gəliblər (3:2).

"Biz Danimarka ilə matça qədər seçmə görüşdə Sloveniyaya da uduzmuşduq. Həmin oyundan sonra gördüm ki, uşaqlar çox qəzəblidirlər. Əmin idilər ki  belə nəticəyə layiq deyillər. Biz həqiqətən reabilitasiya olunmaq istəyirdik. Başa düşdüm ki, komandamız məğlubiyyətlə parçalana bilməz. Futbolçularım, hər şeyə rəğmən, istənilən rəqiblə matçda rəqabət aparmaq gücündədir və təslim olmaq istəmir", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan millisi ötən ilin sentyabrında Millətlər Liqasının son qrup matçında Qazaxıstana 3:0 hesabı ilə qalib gəlib. Həmin yarışı Qazaxıstan qrupda 13 xalla birinci, Azərbaycan isə 10 xalla ikinci yerdə başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31