9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Alvesin həbsxana macəraları: futbol oynayır, avtoqraf paylayır

Braziliya millisinin keçmiş üzvü Dani Alveş hazırda həbsxanada vaxtını səmərəli keçirir.

Futbolxeber.az saytının “Servimedia”ya istinadən verdiyi məlumata görə, sabiq “Barselona”lı həbsxana ərazisində tez-tez məhkumlar arasında futbol təşkil edir. Alveşin təşkilatçılığı səbəbindən məhkumların idman formalarına olan tələbatları əvvəlki vaxtlarla müqayisədə 4 dəfədən çox artıb.  

Məhbuslarla əla münasibət quran veteran futbolçu tez-tez avtoqraf paylaması ilə də diqqət çəkir. Bu məlumatı futbolçunun vəkili də təsdiqləyib. Miraida Puentes Daninin yeməkdən imtina etməsi barədə yayılan xəbərləri də təkzib edib: “     Alveşin əhval-ruhiyyəsi yaxşıdır. Özünü gümrah hiss edir və günahsız olduğuna əmindir”.

Xatırladaq ki, yanvardan həbsxanada olan futbolçu gecə klubunda bir xanımı zorlamaqda ittiham olunur. Günahı sübuta yetiriləcəyi halda, Alveşi 12 ilə qədər həbs gözləyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31