9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

“Tottenhem”də qarşıdurma: futbolçuların bəziləri Kontenin göndərilməsini istəyir

“Tottenhem”in futbolçularının bəziləri Antonio Kontenin dərhal baş məşqçi vəzifəsindən göndərilməsini istəyir.

Futbolxeber.az saytının məlumatına görə, London klubu həftə sonu Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə autsayder “Sautgempton”la oyunda 3:1 hesabı ilə öndə olsa da, matçın sonuna əlavə olunmuş üçüncü dəqiqədə qapısına qol görməklə qələbəni əldən verib (3:3).

Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Antonio Konte xal itkisinə görə futbolçuları tənqid edib, onları “eqoist” adlandırıb. Məhz italiyalı mütəxəssisin bu açıqlaması narazılıq doğurub.

Futbolçuların bir qismi baş məşqçinin bu açıqlaması ilə bütün hədləri aşdığını düşünürlər. Bu səbəbdən də onlar dərhal Kontenin vəzifəsindən göndərilməsini istəyirlər.  

Qeyd edək ki, “Tottenhem” hazırda 28 oyundan 49 xalla Premyer Liqada dördüncü pillədə qərarlaşıb. 2 oyun az keçirən “Nyukasl” 47 xalla beşinci pillədədir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31