9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Pike karyerasını vərəqlədi: “Təhqir olunmağım məni motivasiya edirdi”

“Bəli, karyeramı noyabrda bitirməyə bilər, bir müddət də oynaya bilərdim. Lakin mən təzyiqi sevmirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın və İspaniya millisinin üzvü Jerar Pike karyerasını başa vurması haqda danışarkən deyib.

İspan müdafiəçi müsahibəsində son zamanlar üzləşdiyi çətinliklərdən danışıb: “Uzun illər müxtəlif matçlarda forma geymişəm. Bu, heç də asan deyildi. Xüsusən də oyunlar erkən saatda, məsələn, 16:00-da başlayarkən çətinliklə üzləşirdim. Nahardan sonra və günəşli havada oynamaq çətin idi. Hiss edirdim ki, yeni çağırışlara ehtiyac duyuram. Üstəlik, komanda da  mənə əvvəlki kimi ehtiyac yox idi. Bir sözlə, xoşbəxt deyildim və buna görə də karyeramı bitirmək qərarına gəldim”.

Pike üzləşdiyi təhqirlərdən də söz açıb: “Rəqib azarkeşlər tərəfindən çox təhqir olunmuşam. Amma bu, məni motivasiya edirdi. Mən meydana komandamın uğuru üçün çıxırdım”.

Keçmiş müdafiəçi karyerasının uğurlu alındığını düşünür: “Bu, məhz mənim arzuladığım karyera idi. Elə istədiyim kimi də oyunçu oldum. Gedərkən mümkün olan hər şeyi qazandığımı hiss edirdim. Bu, əla idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31