9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Prokuror niderlandlı futbolçunun həbsini istədi

RAY VLUT AVTOMOBİLİ SAATDA 203 KM SÜRƏTLƏ İDARƏ EDİB. ONUN TÖRƏTDİYİ QƏZADA AZYAŞLI HƏLAK OLUB

Nidelandlı hücumçu, hazırda Rusiyanın “Ural” klubunda forma geyən Ray Vlutun törətdiyi qəza ilə bağlı aparılan istintaq yekunlaşıb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə vətənində çıxış edərkən 27 yaşlı forvard avtomobili saatda 203 km sürətlə idarə edərkən qəza törədib. Nəticədə onun toqquşduğu avtomobildə olan ailənin azyaşlı üzvü ciddi xəsarət alıb. Qəzadan sonra 4 yaşlı oğlan uşağı yerləşdirildiyi xəstəxanada vəfat edib.  

Prokuror futbolçunun 3,5 illik həbs olunmasını, eləcə də onun 4 il müddətinə sürücülük vəsiqəsindən məhrum olmasını tələb edib.

“Vlut avtomobili saatda 203 km sürətlə idarə edib. O, əyləci basmağa cəhd belə etməyib. Bu cür sürət həddi onun seçimidir. Şübhəli şəxs qəzadan sonra cəzadan yayınmaq üçün hər şeyi edib”, - prokuror belə deyib.

Prokuror “hər şeyi edib” deyərkən futbolçunun yalan ifadə verməsini nəzərdə tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31