9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Arnautoviç millimizlə oyundan öncə zədələndi

Avstriya millisinin hücumçusu Marko Arnautoviç Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə oyun ərəfəsində zədələnib.

Futbolxeber.az saytıınn məlumatına görə, “Bolonya”nın futbolçusu A seriyasının son turunda “Salernitana” ilə matçın (2:2) 65-ci dəqiqəsində meydana daxil olub və cəmi 16 dəqiqə sonra zədələnərək əvəzlənib.

Bir müddətdir zədə səbəbindən meydana çıxa bilməyən 34 yaşlı futbolçu zədəsini yeniləyib. O, Avstriya millisinə çağırılsa da, Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb.

Qeyd edək ki, Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31