9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Emrelinin komandası “Qalatasaray”ın məğlubiyyətsizlik seriyasına son qoydu

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Konya təmsilçisi 26-cı turda lider "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı əzmkar qələbə ilə başa çatıb. "Qalatasaray" bu matçadək 14 oyun idi ki, məğlub olmurdu.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib. Mahir 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

Qeyd edək ki, "Qalatasaray" 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. "Konyaspor" isə 34 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31