9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Xarici futbol

"Qarabağ"ın legionerləri milliyə çağırıldılar

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Miodraq Raduloviçin Avro-2024-ün seçmə mərhələsində Bolqarıstan və Serbiya ilə matçlar üçün açıqladığı 27 nəfərlik siyahıda sözügedən oyunçuların da adları yer alıb.

Avropa Konfrans Liqasının pley-off mərhələsində fevralın 16-sı keçirilən “Gent”lə ilk oyunda zədələnən Yankoviçin 4 həftə meydanlardan kənarda qalacağı açıqlanmışdı.O, komandasının son görüşlərini buraxsa da, M.Raduloviç Yankoviçi yığmaya dəvət edib.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsində G qrupunda mübarizə aparan Monteneqro millisi martın 24-də səfərdə Bolqarıstanla, martın 27-də evdə Serbiya ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31