9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

Slutski Kadinin baş məşqçisi olmaq istəməyib

Rusiyalı mütəxəssis Leonid Sludski bu ilin yanvarında “Krasnodar” klubunu çalışdırmaqdan imtina edib.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “öküzlər”in prezidenti Sergey Qalitski 51 yaşlı mütəxəssislə görüşərək ona klubu çalışdırmağı təklif edib. Lakin Slutski təklifi geri çevirib.

Təcrübəli məşqçi bildirib ki, onun “Krasnodar”ın prezidenti ilə əla dostluq münasibəti var və iş prosesində bu münasibətin korlanmasını istəmir.  

Yekunda “Krasnodar” daha əvvəl Təl-Əviv “Makkabi”si, PAOK, “Uotford” kimi klubları çalışdırmış Vladimir İvitsə tapşırılıb.

Xatırladaq ki, “Krasnodar” yanvarda 5 milyon avro qarşılığında “Qarabağ”dan Kadi Borgesi transfer edib.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31